Yeni il E-Posta
İyun 06, 2008 00:00

Şaxta baba uşaqlara Yeni ildə ən gözəl, rəngbərəng hədiyyələr gətirir. Bəs Şaxta baba kimdir? Bayramın “şahı” olan Şaxta babanın müxtəlif xalqların dilində öz adı var. Ruslar bu bığlı, saqqallı kişini “Ded Moroz”, ingilislər “Santa Klaus”, türklər isə “Noel baba” adlandırırlar. Şaxta babanın ilk dəfə hansı ölkədə peyda olması da mübahisəlidir. Skandinaviya xalqları əsl Şaxta babanın qütb dairəsində, Laplandiya adlanan kiçicik şəhərdə yaşadığını “təsdiq edirlər”. Finlandiyada dekabrın 25-dən 31-dək möhtəşəm Yeni il şənlikləri keçirilir.

Devamını oku...
9 May E-Posta
İyun 06, 2008 00:00

İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı. Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və kontinentləri əhatə etməyə başladı. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına qəsd eləmişdi.

Devamını oku...
8 Mart E-Posta
İyun 06, 2008 00:00

Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin təmsili başlanğıcı olaraq, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə e`tiraz olaraq tə`til etməsi qəbul edilir.
Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı.

Devamını oku...
Respublika Günü E-Posta
İyun 06, 2008 00:00

1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli-demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli-demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdü.
Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyətini gücləndirdi. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin il noyabrın 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.

Devamını oku...
Həmrəylik günü E-Posta
İyun 06, 2008 00:00

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Devamını oku...
Novruz Bayramı E-Posta
İyun 06, 2008 00:00

Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur. Nizami özünün “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri məhz edən Novruz bayramında qonaq çağırmasıdan, tonqal qalamasından və stola cürbəcür nemətləri qoymasından bəxs edir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Devamını oku...
Dövlət müstəqilliyi günü E-Posta
İyun 06, 2008 00:00

1991-ci il avqustun 30-da Azərbaycan respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir isriqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya içtimayəti tərəfindən tanınması, Azərbaycan konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir.

Devamını oku...
Dünyanın ən bahalı avtomobilləri E-Posta
İyun 06, 2008 00:00

Hər il ən bahalı avtomobillərin reytinqində yerlər dəyişir və oradakı dəyişiklikləri izləmək getdikcə daha da çətin olur. Buna görə də hər hansı reytinq cədvəlini dəqiq tərtib edilmiş cədvəl kimi sizə təqdim etmək bizim tərəfimizdən düzgün addım olmazdı. Biz sadəcə olaraq sizi dünyanın ən bahalı avtomobilləri ilə tanış edəcək və bu siyahını onların qiymətinin aşağıdan yuxarıya doğru dəyişməsi istiqamətində təqdim edəcəyik.

Devamını oku...
Ən təhlükəsiz avtomobillər E-Posta
İyun 06, 2008 00:00

Ən etibarlı 10 avtomobilin siyahısını tərtib edərkən xarab olma hallarının tezliyi, müəyyən müddət ərzində təmirə çəkilən xərclər və müəyyən müddət ərzində ciddi təmirə ehtiyacın olmaması kimi amillər nəzərə alınıb. Bu siyahıda mütləq liderlik yapon istehsalçılarının avtomobillərinə qismət olub. Onlar ön cərgədə qərarlaşıblar.
Reytinqdə birinci yerdə Honda Odyssey modeli qərarlaşıb. İkinci yeri Honda Accord tutur. Statistikaya görə, 5 il ərzində bu markaya məxsus hər 100 avtomobilin payına orta hesabla 34 xarab olma halı düşür. Beş illik dövr ərzində təmirə çəkilən xərclərin orta dəyəri isə Honda Accord üçün 681 ABŞ dolları təşkil edir.

Devamını oku...
Gercəkləşməyən arzular E-Posta
İyun 06, 2008 00:00

Xüsusilə kədərləndirici hal ondan ibarətdir ki, aşağıda göstərilən avtomobillərin tam hazır olmasına çox az qalmış “yuxarıdan” “stop” komandası gəlmiş və avtomobillərin istehsalı baş tutmamışdır. Bu ona bənzəyir ki, gəmini düzəldəsən və işin başa çatmasına az qalmış onu metal qırıntılarına doğramaq barədə göstəriş verilsin. Bu, təəssüf doğurmaya bilməz! Axı hər şey yaxşı alınmışdı! Bu avtomobillərin çoxu brendin inkişafını zirvələrə qaldırmaq üçün düşünülmüşdü, onların layihələşdirilməsinə və yollarda sınaqdan keçirilməsinə böyük zəhmət və iri məbləğdə vəsait sərf olunmuşdu. Lakin sürətlə dəyişən bazar situasiyası bu avtomobillərin siyasi gələcəyini və iqtisadi mənfəətini heçə endirmişdi.

Devamını oku...
Milli Dirçəliş günü E-Posta
İyun 06, 2008 00:00

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər.

Devamını oku...
<< Başa Dön < Önceki 1 Sonraki > Sona Git >>

1 Sonuç - 11 / 11
 

Login Form

Kullanıcı Adı

Şifre

Beni hatırla
Şifre Hatırlatıcı
Hala hesabınız yok mu? Oluşturmak için

Saytımızda

Çevrimiçi 1 ziyaretçi